"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Yaşıl ürəyin” təqdimatı keçirildi

--2018-03-01 / 14:04

Binəqədi rayonunda yerləşən Binəqədi Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, Binəqədi Qəsəbə Bələdiyyəsinin sektor müdiri Nilufər Yunusovanın rəhbəri olduğu insanlar arasında ekoloji maarifləndirməni həyata keçirmək və bu sahədə dövlətin həyata keçirdiyi abadlıq işlərinə cəmiyyətimizin də daha həssas və diqqətli yanaşmasını özündə əks etdirən “YAşIL ÜRəK 2” sosial çarxının təqdimat mərasimi keçirilib.

Tədbirdə179 sayli tam orta mektebin direktoru Almaz Ismayilova, gənclərlə iş üzrə nümayəndələr və fəal gənclər iştirak ediblər.

“YAşIL ÜRəK 2” sosial çarxı iştirakçılara təqdim olunduqdan, daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində mailiyyələşdirdiyi “YAşIL ÜRəK 2” layihəsinin rəhbəri, Binəqədi Qəsəbə Bələdiyyəsinin sektor müdiri NilufərYunusova layihənin məqsədi ətrfalı məlumat verdi. Sonda Nilufər Yunusova layihəni dəstəkləyən və mailiyyələşdirən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və tərəfdaş təşkilatlar YAP Binəqədi rayon təşkilatına, iDEA ictimai Birliyinə və Binəqədi rayon Gənclər və idman idarəsinə, layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirib.

Daha sonra, 179 sayli tam orta mektebin direktoru Almaz Ismayilovavə digər çıxış edənlər bildirdilər ki, son illər aparılan abadlıq və quruculuq işləri axır zamanlar daha da geniş vüsət alıb, bununla belə şəhərimizin təmiz saxlanması ilə bağlı hələ də bilavasitə insanların maarifləndirmə səviyyəsinin aşağı olmasından yaranan problemlər mövcuddur. Üzərində işlədiyimiz bu layihənin də aktuallığını artıran məhz təmizliyə qarşı cəmiyyətimizin yetəri diqqət və qayğını göstərə bilməməsidir. Bu gün zibillənmiş ərazilər, yaşayış məhəlləri, eləcə də, yeni abadlaşdırılmış parklarımızda yerə atılan tullantılar nəinki şəhərimizin ümumi görünüşünə xələl gətirir eyni zamanda onun haqqında mənfi rəy yaradır. Sonra 179 saylı tam orta məktəbin şagirdləri və 40 saylı uşaq bağçasının məktəbəqədər şagirləri tərəfindən hazırlanmış kompozisiya iştirakçılara təqdim olundu.

Belediyye.info

ŞƏRHLƏR